Azərbaycan

İranlı idmançı Rusiyanın təcavüzünə etiraz etdiyi üçün komandadan qovuldu

Xanım idmançının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şüarı klub rəhbərliyini hiddətləndirib və onlar belə halların yolverilməz olduğunu bildiriblər.

O, “müharibəni dayandırın” yazısını göstərdiyi üçün klub rəhbərliyinin qəzəbinə tuş gəlib.

“Aznews tv” xəbər verir ki, qadınlardan ibarət “Mis-i Rəfsəncan” və “Palayiş-i Abadan” futzal komandalarının oyununda rəfsəncanlı futzalçı və İranın yığmasının üzvü Məhsa Kəmali qol vurduqdan sonra formasının altında “müharibəni dayandırın” yazısını göstərdiyi üçün komandadan qovulub.

Xanım idmançının Rusiyanın Ukraynaya təcavüzünü pisləyən şüarı klub rəhbərliyini hiddətləndirib və onlar belə halların yolverilməz olduğunu bildiriblər.

“Mis-i Rəfsəncan” klubu məsələ ilə bağlı bəyanat yayıb və oyunçunun qovulmasını onun klub qaydalarına zidd olaraq siyasi hərəkət etməsi göstərilib.

Related Articles

Bir cavab yazın

Back to top button