İran

İranlı iş adamları Birləşmiş Ərəb Əmirliklərinə mühacirət edirlər

İranda işsizlik və ağır iqtisadi duruma görə avtomobil ehtiyat hissələrinin istehsalçıları və sənaye sahiblərinin Birləşmiş Ərəb Əmirliklərinə mühacirəti ciddi şəkildə artıb.

İranın həkimlər, tibb bacıları və elit təbəqəyə aid sənaye və peşəkar qüvvələrinin digər ölkələrə köçməsi İran cəmiyyəti üçün fəlakətdir. Həmin şəxslər üçün İranın insan və maliyyə resurslarından böyük sərmayələr xərclənib.

Birləşmiş Ərəb Əmirlikləri İrandan bu ölkəyə mühacirət edən avtomobil ehtiyat hissələri istehsalçılarına böyük önəm verir. Bu ölkə düşünür ki, həmin şəxslərə kömək edərək yaxın gələcəkdə elektrikli avtomobil istehsal edə bilər.

İranın Avtomobil Ehtiyat Hissələri Birliyinin katibi 2020-ci ildə verdiyi açıqlamada ölkədə 150 min ehtiyat hissələri istehsalçısının işsiz olduğunu vurğulayaraq deyib: “Ölkədə lisenziyası olan 1200 ehtiyat hissələri zavodundan təxminn 400-ü yarı qapalıdır ya da tamamilə fəaliyyətini dayandırıb”.

Related Articles

Bir cavab yazın

Back to top button