İran

İranlı kinematoqrafçılar: “Senzura ləğv edilsin”

313 iranlı sinemaçı film çəkilişi üçün istənilən rəsmi icazənin ləğv edilməsini istəyən açıqlama imzalayıblar. Habelə sansurun aradan qaldırılmasını istəyiblər. Açıqlama İranda 21 şəhrivər “Milli Sinema Günü” münasibətilə yayımlanıb. Bildirək ki, keçən ilin abanında da 300-dən çox iranlı sinemaçı 10 maddədən ibarət açıqlama imzalayıb. Onlar bu yolla məhdudiyətlərə və sansura etiraz ediblər.
“Biz form və məzmunun hər növ təftiş siyasətinə nifrətimizi bildirir, söz və düşüncə azadlığı istəyirik”,-deyə həmin açıqlamada vurğulanıb.

Related Articles

Bir cavab yazın

Back to top button