Dünya

Türk Şurası ilə ÜST arasında anlaşma memorandumu imzalanıb

Türk Şurası və dünya Sağlamlıq Təşkilatının Avropa bölgəsi üzrə dəftəri arasında təfahumnamə imzalanıb.
Bu barədə dünya Sağlamlıq Təşkilatının Avropa üzrə bölgə müdiri Hans Kluqe “Twitter”də bildirib.
Təfahumnamə vaksənlər, iztirari durumlar və yeniliklər sahəsində tekniki əməkdaşlıq və dəstək, ictimai sağlamlıq sahəsində məlumat mübadiləsi, rəvani sağlamlığın, uşaqların sağlamlığının və mühacirlərin sağlamlığının təbliği və ona dəstək yönlərini əhatə edir.
Təfahumnaməni dünya Sağlamlıq Təşkilatının Avropa üzrə bölgə müdiri Hans Kluqe və Türk Şurasının Baş dəbiri Bağdad Əmrəyev imzalayıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button