İran

İranlı millət vəkili: İranda internetin sürəti kəskin azaldılıb

İslam Şurası Məclisinin üzvü Zəbihullah Əzəmi ölkədə internetin sürətinin kəskin şəkildə azaldılmasını tənqid edərək şagird və öyrəncilərin buna görə bir sıra çətinliklərlə üzləşdiyini, habelə ticarət fəaliyyətlərinin də zərər gördüyünü deyib.

Əzəmi azər ayının 8-də Məclisin ümumi toplantısında ölkədə internetin sürətinin kəskin zəiflədilməsini tənqid edərək İranın irtibatat və ittilaat teknolojiləri vəziri İsa Zarepura xitabən “ayağınızı simin üzərindən götürün” deyib.

İran mətbuatının xəbərinə görə, o, internetin sürətinin nəinki artmadığını, hətta kəskin azaldığını deyərək artırıb: “Öyrəncilər və şagirdlər müşküllərlə üzləşib, biznes mühitinə ziyan dəyib”.

Related Articles

Bir cavab yazın

Back to top button