İran

İranlı millət vəkili: İran-Ermənistan tranzit yolu yaxın vaxtlarda tamamlanacaq

İslam Şurası Məclisinin üzvü deyib: Hazırda iranlı və erməni podratçıların iştirakı ilə 30 kilometr uzunluğunda İran-Ermənistan tranzit yolu tikilir və tezliklə tamamlanacaq.

İslam Şurası Məclisinin üzvü deyib: Hazırda iranlı və erməni podratçıların iştirakı ilə 30 kilometr uzunluğunda İran-Ermənistan tranzit yolu tikilir və tezliklə tamamlanacaq.

Cəlal Mahmudzadə “Tasnim” agentliyinə müsahibəsində İran-Ermənistan parlament dostluq qrupunun üzvlərinin bu ölkəyə səfərinə toxunaraq bildirib: Səfərin davamında İslam Şurası Məclisinin üzvləri Ermənistan-İran müştərək şirkətlərinin yerdən kənar becərmə, balıq yetişdirmə fermaları və siqaret fabriklərinin fəaliyyəti ilə tanış olublar.

O, İran nümayəndə heyətinin Ermənistanın infrastruktur naziri ilə dünənki görüşünə toxunaraq əlavə edib: Bu görüşdə İran-Ermənistan ticarətinin inkişafı və tranzit yolunun tamamlanması və tikintisi müzakirə edilib.

Səfərin bu gün, dekabrın 24-də başa çatacağını qeyd edən Mahmudzadə bildirib: Gələcək planlarımızda Ermənistanın İranla parlament dostluq qrupunun ölkəmizə dəvət edilməsi, erməni parlamentarilərin İrana səfəri və iranlı nazirlər və iş adamları ilə görüşlər keçirməsi nəzərdə tutulur.

Xatırladaq ki, xarici işlər naziri Əmir Abdullahianı Azərbaycanla korladığı əlaqələri yumşaltmaq üçün Bakıya göndərən və burada onun Azərbaycan rəsmiləri tərəfindən ən yüksək səviyyədə və səmimi şəkildə qəbul edildiyini görməsinə rəğmən, İran hökuməti yenə də ikibaşlı oynamağa davam edir. Belə ki, eyni zamanda içərisində İran ermənilərinin də yer aldığı parlament üzvlərini İrəvana ezam edir, burada onlar işğalçı Ermənistanın yüksək səviyyəli rəsmiləri tərəfindən qəbul edilir və İran-Ermənistan əlaqələrinin hərətərəfli genişləndirilməsi ilə bağlı razılıq əldə edilir. İranlı millət vəkilləri İrəvanda hətta həyasızcasına qondarma “soyqırımı” abidəsini ziyarət edir. Bununla belə, rəsmi Tehran riyakarlıqla Azərbaycanla dost, qardaş və mehriban qonşuluq münasibətlərindən, onun ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasından dəm vurur!

Related Articles

Bir cavab yazın

Back to top button