Azərbaycan

“İranlı millət vəkilləri arasında fikir ayrılığı Ərdəbil Azad İqtisadi Zonasının yaradılmasına mane olur”

Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 kilometr quru sərhədi var və bu vilayətin dörd şəhəri Azərbaycanla 282 kilometr boyunca həmsərhəddir.

Ərdəbil vilayətinin Azərbaycan Respublikası ilə 380 kilometr quru sərhədi var və bu vilayətin dörd şəhəri Azərbaycanla 282 kilometr boyunca həmsərhəddir. Ərdəbilin şimalında Qafqaz və Rusiya ilə uzun sərhədin və böyük bazarın olması bölgədə iqtisadi fəaliyyət üçün böyük potensial yaradıb ki, İran hökuməti xüsusi iqtisadi və azad zonaları işə salmaqla sərhədyanı rayonların imkanlarından tam istifadə edə bilər.

Ərdəbil Azad Ticarət və Sənaye Bölgəsinin yaradılmasına, uzun müddət keçməsinə baxmayaraq və İran parlamenti, Nəzarət Şurası və Məsləhət Şurası tərəfindən araşdırıldıqdan sonra nəhayət, son aylarda razılıq verilib. Ancaq həmin zonanın yaradılması və yerləşdiyi məkanın müəyyən edilməsi ilə bağlı Ərdəbil vilayətinin millət vəkilləri arasında ciddi fikir ayrılıqları var ki, bu da böyük problemə çevrilib. Belə ki, millət vəkillərindən hər biri öz açıqlamaları ilə sözügedən Azad İqtisadi Zonasının öz seçildiyi ərazidə açılmasına çalışır.

“Aznews tv”xəbər verir ki, bununla bağlı İranın dini rəhbərinin Ərdəbilin vilayətindəki nümayəndəsi “Cavanonline” saytına açıqlamasında bildirib: “Təəssüf ki, Ərdəbil vilayətindən parlamentə seçilmiş millət vəkilləri arasında fikir ayrılığının olması burada Azad İqtisadi Zonanın yaradılmasına mane olub”.

Ayətullah Seyid Həsən Ameli qeyd edib: “Azad İqtisadi Zonası yaradan digər vilayətlərdən fərqli olaraq, Ərdəbildə bu iş millət vəkilləri arasında ixtilafların olması ucbatından ləngiyir. Buna görə də, biz Dövlət Azad İqtisadi Zonalar üzrə Təşkilatının rəisini Ərdəbilə səfərə dəvət edərək, ondan bu məqsədlə dəqiq yer müəyyən edilməsini istədik ki, bu məsələ birdəfəlik öz həllini tapsın”.

Related Articles

Bir cavab yazın

Back to top button