İran

İranlı siyasi fəallar: Ölkədəki mövcud vəziyyət “Ərəb baharı” kimi qiyamlara səbəb ola bilər

İranın onlarla siyasi və ictimai fəal, eləcə də elm xadimi yaydıqları birgə bəyanatda ölkəni çənginə alan problem və böhranların acı nəticələrinə dair hökumətə xəbərdarlıq ediblər.

İranın onlarla siyasi və ictimai fəal, eləcə də elm xadimi yaydıqları birgə bəyanatda ölkəni çənginə alan problem və böhranların acı nəticələrinə dair hökumətə xəbərdarlıq ediblər.

“Aznews tv”ın xəbərinə görə, inqilabın 43-cü ildönümü ilə bağlı yaydıqları bu bəyanatda onlar “Ərəb baharı”nın İranda da təkrarlanması təhlükəsinin olduğunu vurğulayıblar.

Birgə bəyanatda hazırkı rejimin dəyişib cümhuriyyətçi və demokratik, habelə insan haqlarının tapdalanmadığı bir hökumətin qurulmasına çağırış edilib.

Qeyd edək ki, sözügedən bəyanatdan əlavə, İran parlamentinin sabiq sədri Əli Laricani dünən “İbn Sina hikmətində beynəlxalq konfrans” adlı tədbirdə etdiyi çıxışda deyib: “Bir cəmiyyətin məhv olma səbəbi xarici hücumla yox, mütləq daxili məsələ ilə əlaqədardır. Çünki xarici hücum həmişə daxildəki problemlərdən istifadə edir. Beləliklə, əgər bir cəmiyyətdə birlik olarsa və hökumət ağıl və savada söykənərsə, çökməz”.

Related Articles

Bir cavab yazın

Back to top button