az

İranlı təhlilçilərdən Türkiyəyə qarşı böhtan kampaniyasına münasibət

Son günlərdə bir çox iranlı təhlilçi bu ölkədə Türkiyə prezidentinə qarşı təhqir dalğasını tənqid edərək, bunu ağılsız və ölkənin milli mənafeyinə zidd addım adlandırıblar. Bir sıra İran mətbuatı, siyasi təhlilçilər və mütəxəssislər Türkiyə prezidenti və hökumətinə qarşı böhtan kampaniyasının aparıldığını etiraf ediblər.
Bununla bağlı beynəlmiləl məsələlər üzrə iranlı təhlilçi və “Orta Şərqdə bölgəsəl nizamlar arasında rəqabət” kitabının müəllifi Rəhman Qəhrəmanpur “Aftab-e Yəzd” qəzetinə müsahibə verib. O, bu halın qəbuledilməz olduğunu və Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi şeirin siyasi mahiyyət daşımadığını vurğulanıb.
Beynəlmiləl münasibətlər üzrə təhlilçi və İranın Bakıdakı keçmiş səfiri Əfşar Süleymani də məsələyə münasibət bildirib. “Bir beyt şeirlə Ərdoğanın Osmançılıq və İranın parçalanması hədəfi güddüyünü söyləmək olmaz. Bu bərdaştların doğru olduğunu düşünmürəm”, – deyə Əfşar Süleymani qeyd edib.

Related Articles

Bir cavab yazın

Back to top button