İran

İranlılar 2022-ci ilin ilk ayında Türkiyədən əmlak alışında liderlik etməyə davam edir

İran vətəndaşları 2022-ci ilin yanvar ayında Türkiyədən 761 ev alaraq bu ölkədə xarici ev alıcıları arasında liderliyini qoruyur.

İran vətəndaşları 2022-ci ilin yanvar ayında Türkiyədən 761 ev alaraq bu ölkədə xarici ev alıcıları arasında liderliyini qoruyur.

“Aznews tv” xəbər verir ki, Türkiyə son illərdə mülk alış-verişi üçün xarici vətəndaşların, özəlliklə qonşu ölkə vətəndaşları üçün ən cəlbedici ölkələrdən birinə çevrilib.

Bu baxımdan son iki ildə Türkiyədən mənzil almaqda liderlik edən İran vətəndaşları 2022-ci ilin ilk ayında da bu tendensiyanı davam etdiriblər.

Türkiyə Statistika Komitəsinin məlumatlarına görə, eyni müddət ərzində bu ölkədən İraq vətəndaşları 513, Rusiya vətəndaşları isə 479 ev almaqla İran vətəndaşlarından sonrakı pillələrdə qərarlaşıblar.

Qeyd edək ki, mülklər daha çox Türkiyənin İstanbul, Antalya və Ankara şəhərlərindən alınıb.

Related Articles

Bir cavab yazın

Back to top button