İran

İRANLILAR 35 MİLYARD DOLLAR TƏCHİZATI EVLƏRİNDƏ SAXLAYIR

Mərkəzi bankın araşdırmasına görə, İran əhalisi evlərində 35 milyard dolar ərz saxlayır. Məhəmməd Hüseyn Fərhəngi tir ayının 15-də bildirib ki,
hökümət xalqı təşviq etməlidir ki əllərində olan ərzi bazara çıxarsın.
Günəş ilinin başlanışından indiyədək, xarici pullarin dəyəri, tümənə nisbətdə İranın azad bazarında yüzdə 30-a yaxın artıb. Hazırda bir Amerika doları 22 min tümənə satılır. Qeyd edək ki, Amerika dolları bu ilin əvvəlində 19 min tümən və 97-ci ilin əvvəlində isə 4700 tümən idi.
Xatırladaq ki, İki il öncə, mərkəzi bank xalqın evlərdə saxladığı ərzin dəyərinin 20 milyard dollar olduğunu açıqlayıb. Beləliklə, son iki ildə, bu rəqəm kəskin artaraq, 35 milyard dollara çatıb.
Mərkəzi Bank keçən ay, əhalinin 10 min yevro və bərabər miqdarda dolları evdə saxlamağına qadağa qoyub.
Fərhəngi həmçinin bildirib ki, İran hökümətinin 60 milyard dollar xaricdə ərz zəxirəsi var.
İran sanksiyalara görə, bu ərzdən yalnız varidat üçün istifadə edə bilər.
Beynəlxalq Pul Sandığının məlumatına görə, İranın ölkədə və ölkə dışında ərz zəxirəsi bu il 19 milyard dollar azalaraq, 85 milyard dollara düşüb. Növbəti ildə isə 69 milyard dollara düşməsi gözlənilir. Əsas səbəb, ölkə sadiratının kəskin azalması və 46 milyard dollara düşməsidir. Belə ki, varidatın 64.6 milyard dollar olacağı gözlənilir.
Beynəlxalq Maliyyə İnistutu proqnozlarına görə, Amerikanın sanksiyaları davam etsə, 2024-cü ildə İranın ərz xəzinəsi 20 milyard dollara düşəcək.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close