İran

İranlılar Ermənistanda keçirilən beynəlxalq tenderlərdə iştiraka dəvət olunublar

Ermənistanın İrandakı iqtisadi attaşesi Ermənistan və İran arasında çoxillik əlaqələrə toxunaraq deyib: "Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, lakin iqtisadi və ticarət əlaqələri kiçikdir və biz bu mübadilələri daha da artırmağa çalışmalıyıq".

 

Ermənistanın İrandakı iqtisadi attaşesi Ermənistan və İran arasında çoxillik əlaqələrə toxunaraq deyib: “Hazırda iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir, lakin iqtisadi və ticarət əlaqələri kiçikdir və biz bu mübadilələri daha da artırmağa çalışmalıyıq”.

“Aznews tv”  xəbər verir ki, İranın sənaye, mədən və ticarət naziri martın əvvəllərində İranın qonşu ölkələrlə iqtisadi əlaqələrini yaxşılaşdırmaq və möhkəmləndirmək üçün xarici səfərlərini davam etdirərək, Ermənistana gedib.

İranın Ermənistana ixracının həcmi 500 milyon dollar təşkil edir, hər iki tərəfin fikrincə, bu həcmi 1 milyard dollara qədər artırmaq olar.

Ermənistanın İrandakı iqtisadi attaşesi Vardan Qustanyan “İRNA”ya açıqlamasında iki ölkə arasında əlaqələrin artırılması üçün yaxşı göstəricilərin olduğunu vurğulayıb: “2021-ci ildə 2020-ci illə müqayisədə qarşılıqlı ticarətin həcmi 25%, yəni 102 milyon dollar artaraq, 401 milyon dollardan 503 milyon dollara yüksəlib”.

İki ölkə arasında ticarət əlaqələrinin 1 milyard dollara qədər artırıla biləcəyini qeyd edən Qustanyan əlavə edib: “Əgər mübadilələri bu dərəcədə artıra bilsək, sonrakı addımlarda daha yüksək rəqəmlər işgüzar gündəmə gətirilə bilər”.

Related Articles

Bir cavab yazın

Back to top button