Araşdırma & Təhlilİran

İranşəhrilərin vətənpərvərlik adı altında törətdikləri zərər

Muasir dünyada millət və dövlət anlamı formalaşınca milliyyətçilik də bu günki anlamıyla ortaya çıxdı. Milliyyətçilik dünyanın hər tərəfində ortaq özəlliyə sahib olduğu kimi ölkədən ölkəyə də dəyişir. Elə bəzən bir ölkədə iki miliyyətçinin bu düşüncədən anlayışı və davranışı da fərqlidir. ümumiyyətlə milliyyətçilər öz millətini və öz ölkəsini yaxşı tanıyırlar, tarixlərinə həddindən artıq güvənərlər və çoxunluqla gələcəyə baxmaqdansa keçmiş ilə fəxr eləməyə üstünlük verirlər. Bu özəlliklər bir çox ölkədə milliyyətçilərin kontrol olunmadığı zaman faşizimə səbəb olubdur.

Ancaq bəzi  milliyyətçi düşüncələrin əsası başqalarıyla düşmənlik və faşizimə görə qurulubdur. Misal üçün Fars Milliyyətçiliyi əsasən Türk və Ərəb düşmənliyi üstündə qurulub. Fars Milliyyətçiləri özlərinə qəbul etdikləri tarixdə İranın hər başarısının qarşısında Ərəblər və Türkləri bir əngəl görüblər. Son zamanlarda Fars Milliyətçiliyini daha çox “İranşəhri” adıyla eşidirik. ən çox da Xarici siyasətdə onlarının izini görmək olar. İranşəhri düşüncəsi İranın səadətini hədəflədiyini iddia etsə də tam tərs nəticə verib. Örnək üçün İran bu düşüncə əsasında yürütdüyü xarici siyasətində həm özünə həm də ətrafdakı ölkələrə fəlakət gətirib. Hətta məzhəbi faktorlardan İrana yaxın olan ölkələrdə belə İran sevilməyən bir ölkəyə çevrilib. Bu gün Iraq, Lübnan kimi ölkələrdə İranı bir işğalçı kimi görünür. Habelə bu siyasətlər sayəsində İran hətta Fars dilli Tacikistanda belə sevilməyən bir ölkə olaraq tanınır və illərlə Tacikistan İranın Şanghay birliyinə girməsinə izin vermədi.

Ancaq İranşəhri düşüncəsinin xarici siyasətdə verdiyi zərər ən çox Azərbaycan və Türkiyə ilə ilgili olub. Özəlliklə ikinci Qarabağ savaşında İranşəhri düşüncəsinin xarici siyasətindəki nufuzu İrana tarixi bir ziyan vurdu. İran Ermənistanın uduzduğunu bilə-bilə Fars Milliyyətçilərin nüfuzu sayəsində Azərbaycanın qarşısında dayandı. 44 günlük savaşda Azərbaycan tarixi bir ziyan əldə etdi və Ermənistan darmadağın oldu. Ancaq savaşın tək uduzanı Ermənistan yox bəlkə İran da oldu. Savaşdan sonra Azərbaycan bölgələri abadlaşdırmaya başladı. Burada iqtisadi anlamda da bölgə ölkələrə ciddi iş imkanı vardı. Ancaq İranşəhri düşüncəsinin sayəsində yenə İran məhrum qaldı. İran inadla Azərbaycanla olan düşmənliyini dəvam etdi. Azərbaycan kimi səbirli olan bir ölkə də nihayət İrana qarşı dik durmağa başladı və İran-Azərbaycan əlaqələrində tarixi gerilmə yaşandı. İranşəhri düşüncə və İran propaqandası son günlərdə yaşananları tərs göstərməyə çalışacaqlar ancaq gerçəkliklər dəyişməyəcək. Azərbaycan həm şərq, həm də Qərb dünyasıyla son dərəcə yaxşı və dostluq əlaqələrinə sahibdir. İran Azərbaycan kimi diplomasiyası güclü bir ölkə sayəsində inzivadan çıxmağa yardım ala bilərdi. Ancaq tam tərsinə Fars Milliyətçiləri sayəsində bütün qonşu ölkələrlərlə ilgilərini pozdu. bunlardan ən önəmlisi Güney Azərbaycanda ciddi bir oyanışa səbəb oldular. İranın Qarbağla bağlı yalan iddiaları ortaya çıxdı və Güney Azərbaycan oyanışında yeni bir dönəm başladı. Bütün bu olanlarda da İranşəhri düşüncəsinin yanlış hesablamalarının izini görmək olar. Əslində İranşəhri düşüncəsi Azərbaycana zərər vermək istəsə də ən yaxşı xidməti də Güney Azərbaycan başda olmaqla Azərbaycanlılara edib.

Related Articles

Bir cavab yazın

Back to top button