İran

İraq parlamenti: İran raket hücumuna görə təzminat ödəməlidir

İraq parlamentinin faktaraşdırıcı komitəsi yekun hesabatında İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ölkənin Ərbil şəhərinə raket hücumunu beynəlxalq qanunların pozulması və İraq ərazisinə müdaxilə adlandırıb və İranın bu şəhərdə “İsrail casus mərkəzi”nin olması ilə bağlı iddialarını rədd edib.

İranın Ərbilə raket zərbəsini araşdırmaq üçün yaradılan İraq parlamentinin faktaraşdırıcı komitəsi yekun hesabatında İranın Ərbildə İsrail casus mərkəzinin olması ilə bağlı iddiasını təsdiqləyəcək heç bir dəlil-sübutun olmadığını bildirib.

Bu haqda məlumat verən İraq parlamentinin sədr müavini Şaxvan Abdullah deyib: “Faktı araşdıran komitənin hesabatında vurğulanır ki, İran endirdiyi raket zərbəsində ziyan vurduğu bütün şəxslərə kompensasiya ödəməlidir”.

Qeyd edək ki, martın 12-də şərqdən və İraq sərhədindən kənarda Ərbilə balistik raket atılıb. Hücumdan qısa müddət sonra SEPAH-ın ixtimaiyyətlə əlaqələr xidməti İsrailin Ərbildəki “strateji mərkəzi”nə raket zərbələri endirdiyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button