Araşdırma & TəhlilDünya

İraqda 13 Türkiyə vətəndaşının öldürülməsinin təfərrüatları

Xəbər verdiyimiz kimi, Türkiyənin Milli Difa vəziri Hulusi Akar İraqın quzeyindəki Qara bölgəsində nizami əməliyyatların aparılması barədə açıqlama verib. Ölkə rəsmisi əməliyyatlar zamanı Türkiyənin 13 dinc vətəndaşının öldüyünü bildirib. Məlumata görə, həmin şəxslərdən biri çiynindən aldığı xəsarət nəticəsində həyatını itirib. Başqa 12 şəxsin isə başından yaralanaraq dünyasını dəyişdiyi açıqlanıb. Məsələ ilə bağlı “Fırat” Xəbər Ajansı da məlumat yayıb. Açıqlamaya əsasən, həmin şəxslərin Türkiyənin hava zərbələri nəticəsində həyatını itirdikləri iddia edilib. Malatya valisi Aydın Buruş isə deyib ki, həmin şəxslərin Türkiyənin hava zərbələri nəticəsində ölməsi böhtan yönlü bir məlumatdır və açıq təxribat məqsədi daşıyır.
BBC Türkcəyə açıqlama verən İnsan Haqları Dərnəyinin rəhbəri Öztürk Türkdoğan qeyd edib ki, övladının nəşinə baxış keçirən ailələrdən biri oğullarının başından güllə yarası aldığını təsdiqləyib. Ankara Cümhuriyyət Başsavcılığının məlumatına görə, sosial media platformalarında “Türkiyə həbsxana düşərgələrini bombaladı” başlığı altında insan alveri qurbanlarının şəkillərinin paylaşılması ilə ilgili istintaq başladılıb. Ajanslar Halqların Demokratik Partisinin millət vəkilləri Hüda Kaya və Ömər Faruk Gergerlioğlu barədə də paylaşımların edilməsinə dair istintaqların başladıldığını açıqlayıb. Gergerlioğlu “Fırat” Xəbər Ajansının yayınladığı və bir girovun dindirildiyi videonu paylaşaraq “Məsələ kimliyindən asılı olmayaraq, insanı yaşatmaqdır. Ölüm həll yolu deyil, insanlarımızı yaşatmalıyıq!” sözlərini yazıb. Hüya Kaya isə Türkiyənin əsir düşərgələrini bombaladığı və insanların öldüyündən əmin olduqdan sonra atəşi dayandırdığı iddia edilən paylaşımlara münasibət bildirib. O, bu görüntüləri yayaraq yazıb: “Bu ailələrə qapılarını qapadanlar indi onların övladlarının ölümündən mənfəət əldə etməyə çalışır və yarışırlar”.
“Fırat” Xəbər Ajansının bir müddət öncə PKK qaynaqlarına istinad edərək əsir götürülənlərin əsgər, polis və nizami görəvli olduqları barədə fikirlər irəli sürüb. Ajansın məlumatında deyilir ki, dövlət həmin əsirlərini geri qaytarmağa çalışmır, əksinə, onları öldürmək niyyəti ilə hava hücumuna keçməyi qərara alıb.
Türkiyənin Daxili İşlər vəziri Süleyman Soylu sosial media hesabında paylaşım edərək, məsələyə ədalətli yanaşılmasının vacibliyini vurğulayıb.
“PKK ilə eyni açıqlamaları verməkdən çəkinməyən, eyni yalanları iddia edən vicdansızlar var. Onların övladlarımıza və ailələrimizə çəkdirdiklərinin hesabı soruldu, sorulacaq. Murad Kayayılanı ələ keçirib min hissəyə bölməsək, bu millət və şəhidlərimiz üzümüzə tüpürsün”, – deyə Süleyman Soylu paylaşımında qeyd edib.
Qeyd edək ki, ölkənin Difa vəziri Hulusi Akar yeni bir açıqlama edərək, “Kaş ki, 13 vətəndaşımızı oradan sağ-salamat çıxara biləydik. Ancaq alçaqlar, canilər bu silahsız məsumları etdikləri qətliamla şəhid etdi”, – fikirlərini qeyd edib. Vəzir habelə əməliyyatlar zamanı sığınacaqların, silah-sursat anbarlarının və qərargahların məhv edildiyi açıqlayıb. “Qara əməliyyatının əvvəlində 3 qəhrəman personelimiz şəhid oldu, 3 personelimiz isə yaralandı. Hulusi Akar bu model ərazidə nizami manovların da təşkil edildiyi açıqlayıb. Milli Difa Vəzirliyi əməliyyatın videogörüntülərini yayınlayan bir postda PKK terrorçularının sayının 53 nəfər olduğunu bildirib. Vurğulayaq ki, Türkiyə Silahlı Qüvvələri 10 fevriyyədə PKK-nın nəzarətində olan Qara məntəqəsində “Kartal Pençe-2” əməliyyatına başlanıldığı bildirib.
İnsan Haqları Dərnəyinin rəhbəri Öztürk Türkdoğan mövcud durumun olduqca ağır olduğunu və belə bir halla heç vaxt qarşılaşmadığını vurğulayıb.
“Bu, həqiqətən də çox pis bir son idi, bu günə qədər heç vaxt belə bir vəziyyətlə qarşılaşmamışıq. Həbs olunanlar birtəhər sərbəst buraxılırdı. Dəfələrlə ailələrlə birgə mətbuata açıqlamalar verdik. Müraciətlər etdik, ancaq təəssüf ki, heç bir nəticə əldə edə bilmədik”, – deyə dərnək rəsmisi diqqətə çatdırıb. O, həmin şəxslərin xilas edilə bilməməsindən məyusluğunu ifadə edərək, bildirib ki, hələ də nəyi düzgün
edib-etmədiyimizi müəyyənləşdirməyə çalışırıq. Öztürk Türkdoğanın fikrincə, mövcud durumda güclü və əsaslı bir ictimai rəy formalaşmadı. Müxalifət partiyaları bu məsuliyyəti öz üzərinə götürsəydi, durum bəlkə də fərqli məcrada davam edə bilərdi.
Məlumata görə, olay nəticəsində həyatını itirmiş 13 Türkiyə vətəndaşının nəşi Malatya Ədli Tibb Təşkilatına gətirilib. Onların kimliklərinin təsbit olunması üçün ailə üzvləri Malatyaya çağırılıb. Malatya valisi Baruş keçirdiyi mətbuat konfəransında bildirib ki, həyatını itirmiş 13 şəxsdən 10-nun kimliyi artıq müəyyənləşdirilib. Bu şəxslərin 2015-2016-cı illərdə PKK terrorçuları tərəfindən qaçırıldığı və bu illər ərzində İraqın müxtəlif bölgələrinə aparıldığı vurğulanıb. Vali bildirib ki, Malatya Ədli Tibb Təşkilatında aparılan araşdırmalar şəxsiyyəti müəyyənləşdirilənləri bu şəkildə izah edib:
“13 aqust 2015-ci ildə Diyarbəkir Bingöl otoban yolunda otobusdan endirilərək Kahramanmaraş nüfusuna qeydiyyata alınmış havadan difa uzmanı çavuş Hüseyn Sarı”.
“28 culay 2015-ci ildə icazəli şəkildə getdiyi Ərzurum vilayətindən ailəsi ilə birgə dönərkən Diyarbəkir-Lice-Bingöl yol qovşağında tutulan, Mərsin nüfusuna qeydiyyata alınan, Şanlıurfa İl Əmniyyət Müdirliyində görəvli polis məmuru Sədat Yabalak”.
“18 septambr 2015-ci ildə Tunceli-Erzincan yolunda tutulan, Malatya nüfusuna qeydiyyatı olan Rize İl Jandarma Komutanlığında görəvli Semih Özbey”.
“2 oktobr 2015-ci ildə Ağrıdakı birliyinə qatılmaq üçün yola çıxan və Tunceli-Pülümür yolunda saxlanılan Osmaniyə nüfusuna qeydiyyatı olan tankçı əsgər Adil Kabaklı”.
“24 culay 2016-cı ildə Lice bölgəsində ailəsi ilə birgə yolda tutulan Mardin qeydiyyatlı İstanbul Əmniyyət Müdirliyinin görəvlisi polis məmuru Vedat Kaya”.
“15 aqust 2015-ci ildə Diyarbəkir yolunda tutulan Siirt qeydiyyatlı, Bingöl İl Jandarma Komutanlığında görəvli əsgər Süleyman Sungur”.
“21 septambr 2016-cı ildə Hakkari-Çukurca yolunda tutulan Eskişehir nüfusuna qeydiyyatı olan, Hakkari İl Jandarma Komutanlığının görəvli uzmanı erbaş Mövlud Kahveci”.
“2 oktobr 2015-ci ildə Tunceli-Pülümür yolunda tutulan, Şanlıurfa nüfusuna qeydiyyatı olan, Ərzincandakı birliyinə getmək üçün yola düşən, topçu əsgər Müslüm Altıntaş”.
“Adıyaman nüfusuna qeydiyyatı olan vətəndaşımız Aydın Köse və Samsun nüfusuna qeydiyyatlı vətəndaşımız Muhammed Salih Kancı.”
Ölənlərə Allahdan rəhmət diləyən Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli olayla ilgili tuiter hesabında paylaşım edib.
“İnanıram ki, Mağara qətliamının PKK terror qruplaşması və dəstəkçilərinin hesaba çəkilməsi üçün bir qərar veriləcək. Bundan sonra heç nə əvvəlki kimi olmayacaq. Heç kəs şablon ifadələrin arxasında gizlənə bilməyəcək”, – deyə partiya rəhbəri vurğulayıb.
Cümhuriyyət Xalq Partiyası lideri Kemal Kılıçdaroğlu da tuiterdəki hesabından başsağlığı mesajı paylaşıb. Cümhuriyyət Xalq Partiyası İzmir millət vəkili Murat Bakan isə məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisində verdiyi sualların cavabsız qaldığını bəyan edib. Vəzir bildirib ki, “boş çağırışları bir kənara buraxmaq və illərdir, niyə heç nə edilmədiyinin səbəbini izah etmək lazımdır. Mövzu ilə bağlı bir yazılı açıqlama isə Xalqların Demokratik Partiyasından gəlib. Məlumata görə, ailələrin durumu daha öncə Türkiyə Böyük Millət Məclisi gündəminə daşınıb. Ancaq bu yöndəki addımlar yetərsiz qalıb.
Xalqların Demokratik Partiyası milli və beynəlmiləl insan haqları təşkilatlarını bu hadisəni araşdırmaq üçün hərəkətə keçməyə çağırıb. Habelə PKK-dan əlindəki bütün şəxsləri sərbəst buraxmağı tələb edib.
Azərbaycan Cümhuriyyətinin prezidenti İlham Əliyev də Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Biz mülki şəxslərə qarşı edilən bu dəhşətli terror aktından olduqca qəzəbləndik və terrorizmin bütün təzahürlərini qəti şəkildə qınayırıq”, – deyə İlham Əliyev vurğulayıb.
Xatırladaq ki, 2018-ci ildə İnsan Haqları Dərnəyində mətbuat konfəransı təşkil olunub. Cəsədləri Malatya Ədli Tibbi Morquna gətirilən 9 əsgər və polisin ailələri 14 juən 2018-ci ildə Öztürk Türkdoğan ilə bir mətbuat açıqlaması ediblər. Sözügedən bəyanat PKK-nın əsirlərin görüntülərini yaymasından bir neçə gün sonra yayılıb. Belə ki, cəsədi tapılan Semih Özbeyin atası Gürsel Özbey BBC Türkcəyə müsahibə verib. O, 3 il ərzində evlərində sevincə həsrət qaldıqlarını bildirib. “Biz ruh kimi yaşayırıq”, – deyən atanın sözləri ictimaiyyəti kədərə bürüyüb. Yayılan görüntülərdə azyaşlılar Türkiyə vətəndaşları olduqlarını və zorla əsir götürüldüklərini deyiblər. Qeyd edək ki, Anayasanın müvafiq maddələrinə əsasən, insanların həyatının qorunması dövlətin başlıca görəvidir. Həmin uşaqların valideynləri də bu məqsədlə hökumətə müraciət edərək, övladlarının sağ-salamat geri qaytarılmalarını xahiş ediblər. Cümhuriyyət Xalq Partiyasının rəsmiləri də bu çağırışa səssiz qalmayaraq, geniş ictimaiyyətə, beynəlmiləl təşkilatlara müraciət ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button