DünyaİranSiyasət

İraqda interneti söndürdülər – 10 milyonlarla insan şəbəkədən xaric oldu

Bağdad və İraqın əksər rayonları internetdən xaric olunub.

TASS xəbər verir ki, Bəsra, Kərbəla və digər iri şəhərlərin 10 milyonlarla sakini qlobal şəbəkədən ayrı qalıb.

İnternetin söndürülməsi kütləvi etiraz aksiyalarına cavab olaraq tətbiq edilib. Hazırda İraq ərazisində internet yalnız kürdlərin nəzarəti altında olan şimal rayonlarda var.

Xatırladaq ki, bazar günü axşam onlarla iraqlı etirazçı İranın Kərbəla şəhərindəki Konsulluğunun qarşısındakı baryerləri keçərək İslam Respublikası bayrağını endirərək yerində İraq bayrağını sancıblar. Oktyabrın 1-dən İraqda hökümət əleyhinə nümayişlər başlayıb. Nümayişçilər işsizlik, korrupsiyaya və İranın İraqın daxili işlərinə qarışmasına etiraz edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button