Azərbaycan

Nadir şahın yadigarı Qazaxda qorunur

Yarış və savaş atı olan Dilbaz öz vədəsini gözləyir

Aznews.tv Türkel TV-yə stinadən xəbər verir ki, Azərbaycan atları dünyanın ən nadir və qədim at növlərindən olub, Qarabağ, Bakı, Qazax-Ağstafa bölgələrində yetişdirilib. Yerli atların ən qədim cinslərindən biri Dilbaz atı isə təxminən XVIII əsrin sonlarında Qarabağ cinsinin təsiri altında Qazax qəzasında yaranıb. Elə Qarabağ atına bənzərliyi də bundan irəli gəlir. Dilbaz atının tarixi Nadir şahın Qazax qəzasında kəndli ilə görüşündən başlayır.


Dilbaz Atçılıq təsərrüfatının direktoru Səlimxan Gülalıyev: “Əli kişi deyir mən türkəm, türkçülüyümü də saxlayacam. Belə cəsarətli danışıq, onun xoşuna gəlir. Nadir şah bu kişiyə iki at bağışlayır. Nadir şah buradan gedəndə camaat adət üzrə tez yığışıb soruşur ki, Nadir şah sənə nə dedi. Kişi çaşıb qalıb, bircə dilbaz sözü yadında qalıb. Bu kişinin adı qalıb Dilbaz Əli”.

Atın adı da, bu nəslin adı ilə bağlıdır. Minik atı olan Dilbaz bəzi mənbələrdə “Dəliboz”, “Diliboz”, “Dilboz” da adlanır. 1867-ci ildə Ümumrusiya At Sərgisində Dilboz atı yüksək mükafat alıb. Atın xüsusiyyətlətinə gəlincə isə, təsərrüfatın direktoru bunları dedi:

Başqa atlardan bu atın seçilməsi, bunun burun pərləri çox açıq olur, geniş olur, o, havanı yarır. Ona görə də uzaq məsafəyə çox yüksək səviyyədə gedir. Bunun üzərində qılınc oynadıblar, ox atıblar, bir dəfə yüyəni çəkiblər dayanıb. Buna həm də süvari atları deyiblər”.

XIX əsrin ortalarında Qazax qəzasında atların sayı 25 minə çatsa da, I və II dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, onların sayının kəskin azalmasına səbəb olub. Qarabağ müharibəsi zamanı da atlar ordumuza əhəmiyyətli dərəcədə kömək edib.

OLYMPUS DIGITAL CAMERA

Səlimxan Gülalıyev:”Qarabağ savaşında həm bizim atlardan, həm yerli, həm də Qarabağ atlarından istiafdə edilib. Bilirsiz ki, o mənfur ermənilərin yerləşdiyi yerlər dağlıq olduğundan ora nə texnika, nə maşın çıxa bilmir. Ancaq ora atlarla çıxmaq olur”.
Azərbaycanda bir neçə minillik yaşı olan atçılıq, mədəniyyətimizin və tariximizin bir hissəsidir. Atçılıq ənənələri isə hər bir xalqa məxsus mədəniyyət deyil. Bu səbəbdən onu qoruyub saxlamaq və inkişaf etdirmək aidiyyəti qurumların prioriteti sayılmalıdır

Tags
Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close