İran

Sepah fərmandehləri Rəisi dövlətinin əyalət başçıları və müdirləri təyin edilməsi davam edir

Sepah fərmandehləri İbrahim Rəisi dövlətinin əyalət başçıları və idarəçiləri kimi təyin edilməsinin davamı olaraq, bazar günü vəzirlər Heyətinin razılığı ilə Sepahın Doğu Azərbaycan əyaləti üzrə fərmandehi Abedin Xorrəm və Sepahın Xorasan- Rəzəvi əyaləti üzrə fərmandehi Yaqubəli Nəzəri əyalət başçıları təyin ediliblər.

Abedin Xorrəm buna qədər Sepahın Xoy bölümü fərmandehi, Sepahın Batı Azərbaycan bölümü fərmandehi olub. 1396 -cı ilin dey ayından Doğu Azərbaycan valisi təyin olunana qədər bu əyalətin Sepahına başçılıq edirdi.

“Fars” Xəbər Ajansı da daha öncə onu “hərəm müdafiəçiləri”ndən biri adlandırmışdı ki, bu da onun daha öncə Suriyada fəaliyyət göstərməsindən xəbər verir.

Related Articles

Bir cavab yazın

Back to top button