İran

İraqdakı iranlılar xüsusi uçaqla geri qaytarılacaq

Bu barədə İran Aviasiya Təşkilatı məumat yayıb.

İraqda baş verən iğtişaşlardan sonra bu ölkə ilə İran arasında bütün sərhədlər bağlanıb və uçuşlar dayandırılıb.

İran Aviasiya Təşkilatının yaydığı məlumata görə, İraqda olan iranlıların xüsusi uçuşlarla ölkəyə geri qaytarılmalarına çalışılır.

İran Mülki Aviasiya Təşkilatının Aviasiya və Beynəlxalq Əlaqələr üzrə sədr müavini Həsən Xoşxunun dediyinə görə, hazırda Bağdad hava limanına toplaşan iranlıları oradan çıxarılması üçün tədbirlər görülür.

Bununla yanaşı İranın Yol Təşkilatının Sərnişin Daşımaları İdarəsinin başçısı Baqir Cavan İraq məqsədinə bütün avtobus səfərlərinin ləğv edildiyini, sərhəd keçid məntəqələrində olan iranlıların geri qaytarıldıqlarını açıqlayıb.

İran Dəmir Yolu Şirkəti də oxşar bəyanat yayaraq avqustun 30-da Tehran-Kərbəla qatarının hərəkətinin ləğv edildiyini və növbəti bildirişə qədər qatarların hərəkətinin tamamilə dayandırıldığını qeyd edib.

İran Xarici İşlər Nazirliyi isə bəyanatında İranın İraqdakı səfirliyinin Bağdad, samira və Kazimeyn şəhərlərinə getməmələri barədə xəbərdarlıq bildirişiyaydığını deyib.

Qeyd edək ki, İraqın paytaxtı Bağdad da avqustun 29-u günorta saatlardından başlayan iğtişaşlar nəticəsində 35 nəfərin öldüyü, 400 nəfərin yaralandığı bildirilir.

Sədr hərəkatının başçısı Müqtəda əs-Sədrin tərəfdarları İrana qarşı şüarlar səsləndirir, bu ölkənin İraqın daxili işlərinə qarışmalarına etiraz edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button