Dünya

İrlandiya parlamentində Rusiya səfirinin ölkədən çıxarılması təklif edilib

İrlandiya parlamentinin nümayəndəsi Çarli Flanaqan ölkəni Baxmut yaxınlığında irlandiyalı könüllünün ölümündə ittiham edən Rusiya səfiri Yuri Filatovu vətəninə göndərməyi təklif edib.

Bu barədə“Aznewstv“The Guardian”a istinadən xəbər verir.

“Bəli, Rusiya səfirliyi könüllünün ölümündə İrlandiya hökumətini və medianı günahlandırıb. Rusiyanın Dublindəki səfirliyindən hədələyici, qorxulu və dəhşətli açıqlama. Bu düşmənçilik ifadələri qəbuledilməzdir. Səfir Filatov və onun komandasından ölkəmizi tərk etməyi xahiş etməyin vaxtı çatıb”-deyə, o bildirib.

Xatırladaq ki, Ukraynanın şərqində gedən döyüşlərdə irlandiyalı könüllü Finbar Kefferki həlak olub.

Related Articles

Bir cavab yazın

Back to top button