Dünya

Amerika ilə Çin iqlim dəyişikliklərinə qarşı əməkdaşlıq üçün razılaşıblar.

Dünyada gülxana qazlarının ən iri törədiciləri olan Çin və Amerika, Aban ayının 19-u iqlim dəyişikliklərinin, o cümlədən metan qazının yayılmasının qarışısını almaq üçün razılaşdıqlarını bildiriblər.

Royterzin bildirdiyinə görə Amerika dövlətinin iqlim məslələri üzrə özəl təmsilçisi Con Keri və onun çinli eyni vəzifəlisi Şi Jenhua Skotlandin Qlasko şəhərində BMT-nin keçirdiyi iqlim barədə KOP 26 adlanan oturumunda bu razılaşmalarını bildiriblər.

Con Keri bu barədə keçirilmiş xəbər konferansında deyib: “indi bu yöndə hər hansı addım atılarsa önəmlidir və bizim qarşımızda gediləsi uzun yol dayanır”

Şi Jenhua da bu barədə deyib: “bu razılaşma ilə Çinin gülxana qazlarının törənməsi üzrə hədəflərinə ciddi yanaşacağına və metan qazının yayılması ilə ilgili bir milli bərnaməni gəlişdirməsinə səbəb olacaq”.

Vurğulayaq ki, Çin dünya üzrə karbon di oksid qazının birinci və Amerika Çindən sonra ikinci törədənidir. Avropa Birliyi ölkələrindən sonra Rusiya dördüncü, Hind isə karbon di oksid qazının beşinci törədənidir.

Related Articles

Bir cavab yazın

Back to top button