İran

İSFAHAN VALİSİNİN MÜAVİNİNDƏN YENİ YALAN

İsfahan valisinin müavinindən yeni yalan: “Etirazçılara qarşı zorakılıq olmayıb”

İsfahan valisinin siyasi-əmniyət məsələləri üzrə müavini Məhəmmədriza Cannisari İsfahanda narazı əkinçilərə qarşı zorakılıq edildiyini yenidən danıb.

O, əkinçilərə qarşı heç bir zorakılığın baş vermədiyini deyib.

Cannisari iddia edib ki, bir qrup “təxribatçı” mitinqçilərə qarışaraq bundan öz mənfəətlərinə çatmaq üçün istifadə etməyə çalışıb.

“Etirazçılara qarşı heç bir zorakılıq edilməyib, əksinə onlarla söhbət edilib. Etiraza davam edənlər əkinçilər deyil”, – deyə o artırıb.

Halbuki ötən gecə İranın özəl polis dəstələrinin etirazçılara hücum etməsi, onların qaldıqları çadırları yandırması və havaya atəş açması , ardından bküçələrdə etirazçıları birbaşa güllələməsinin video gürüntüləri sosyal şəbəkələrdə geniş ölçüdə yayılır.

Related Articles

Bir cavab yazın

Back to top button