Azərbaycan

İşğalçı ordu Qarabağda itki verdi: 1 ölü, 1 yaralı

Qarabağın işğal olunmuş ərazisində Ermənistan ordusunun hərbi qulluqçusu qeyri-müəyyən şəraitdə aldığı güllə yarasından ölüb, daha bir əsgər yaralanıb.

Aznews.tv xəbər verir ki, hadisə 06:50 radələrində, hərbi hissənin mühafizə olunan hissəsində baş verib.

Həyatını itirən əsgər 21 yaşlı Artur Acamyan, yaralanan isə 20 yaşlı David Melikbekyan olduğu bildirilir.

Hadisə ilə bağlı istintaq aparılır.

Xatırladaq ki, Noyabrın 30-da Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Azərbaycanın işğal altındakı bölgəsinə gəlmişdi. Əsgərlər isə bir gün sonra vurulub.

Related Articles

Bir cavab yazın

Back to top button