Dünya

İSLAM HƏMRƏYLİYİ OYUNLARI TƏXİRƏ SALINIB

Gələn ilin aqust ayında Türkiyədə keçirilməsi nəzərdə tutulan İslam Həmrəyliyi Oyunları, 2020-ci il Tokio Oləmpiki ilə eyni vaxta təsadüf etməsindən yayınmaq üçün təxirə salınıb.
“inside the games” saytına istinadən , Türkiyənin Konya şəhərində 2021-ci il aqustun 20-29 tarixlərində yarışların keçirilməsi nəzərdə tutulsa da, Tokio Oləmpikinin keçirilməsi vaxtı ilə üst-üstə düşməsi müsabiqənin təxirə salınmasına səbəb olub.

İslam Həmrəyliyi İdman Federasyonunun icrayi heyəti bu səbəbdən yarışın qeyri-bəlli vaxta təxirə salınmasına təsmim tutub.
Türkiyə, İslam Həmrəyliyi Oyunlarının beşinci mərhələ oyunlarına ev sahibliyi etməyə hazırlaşır və təşkilat komitəsinin müsabiqənin yeni vaxtını hazırlamaq üçün İSSF-lə həmkarlıq etdiyi deyilir.

Türkiyə öncələr heç vaxt bu yarışa ev sahibliyi etməyib, 2017-ci il Oyunlarının sonuncu mərhələsi Azərbaycanın paytaxtı Bakıda keçirilib.

Related Articles

Bir cavab yazın

Back to top button