İran

İranda tələbə fəal həbs edildi

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, ETTELAAT-ın 15 mülki geyimli əməkdaşı Leyla Hüseynzadəni dekabrın 7-də Şiraza səfər edərkən yolda tutub naməlum yerə aparıblar.

İranda tələbə fəalı Leyla Hüseynzadə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə görə, ETTELAAT-ın 15 mülki geyimli əməkdaşı Leyla Hüseynzadəni dekabrın 7-də Şiraza səfər edərkən yolda tutub naməlum yerə aparıblar.

universitetdə apardığı dinc fəaliyyətlərinə görə əvvəllər də bir neçə dəfə tutulan gənc tələbə fəalının vəkili Əmir Rəisian mediaya açıqlamasında Tehran Məhkəməsinin müvəkkilinə çıxardığı 5 il həbs qərarına Tehran Apellyasiya Məhkəməsində baxıldığını və həmin hökmün qüvvədə saxladığını bildirmişdi.

Vəkil deyib ki, müvəkkili Leyla Hüseynzadə digər tələbə yoldaşları ilə “qanunsuz yığıncaqlar keçirmək”, “hakimiyyətə qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət”də günahlandırılaraq, Tehran Məhkəməsi tərəfindən 5 il həbs cəzası alıb.

Həbs edilən fəal Leyla Hüseynzadənin hazırda harada saxlanılması barədə hələlik heç bir məlumat yoxdur.

Related Articles

Bir cavab yazın

Back to top button