İdman

İspaniya millisi UEFA Millətlər Liqasının qalibi olub

Futbol üzrə İspaniya milli komandası Millətlər Liqasının finalında Xorvatiyaya penaltilər seriyasında qalib gəlib.

Görüş Rotterdamda baş tutub.

Matçın əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında ispanlar 5:4 hesabı ilə üstünlük qazanıb.

Reportun məlumatına görə, İspaniya millisi ilk dəfə turnirin qalibi olub.

Daha əvvəl Millətlər Liqasının qalibi Portuqaliya (2019) və Fransa (2021) olmuşdu.

Növbəti Millətlər Liqasının 2024-cü ilin sentyabrından 2025-ci ilin iyununa qədər keçirilməsi planlaşdırılır.

Related Articles

Bir cavab yazın

Back to top button