İran

İsrafil Fətullahzadə Əhər həbsxanasından məzuniyyətə buraxılıb

Azərbaycanlı mədəni fəal İsrafil Fətullahzadə Əhər zindanından mürəxəsiyə buraxılıb. Belə ki, fəal bu gün 100 milyon tümənlik vəsiqə qarşılığında bir həftəlik mürəxəsiyə göndərilib.
Qeyd edək ki, İsrafil Fətullahzadə bu il janviyənin 30-da tutuqlanıb və 7 aylıq həbs cəzasına məhkum edilib. Bundan öncə fəal türkləri təhqir edən “Fitile” televizyon proqramına qarşı etiraz etdiyi üçün həbs edilib.
O, habelə 20 fevriyyə 2014-cü ildə Əhərdə Dünya Ana Dili Günü münasibətilə təşkil edilən mərasimdə əmniyyət qüvvələri tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Back to top button