İran

İsrail Əl-Qaidənin liderlərindən birini İranda öldürüb

Amerikanın Keniya və Tanzaniyadakı səfirliklərinə terror hücumları təşkil etməkdə şübhəli bilinən “Əl-Qaidə” terrorçu təşkilatının liderlərindən biri Abdullah Əhməd Abdullah üç ay əvvəl İranda zərərsizləşdirilib.

Bu barədə “The New York Times” ABŞ-ın kəşfiyyat xidmətindəki mənbələrə istinadən məlumat verib. Belə ki, 7 avqustda İsrail kəşfiyyatçıları Tehran şəhərində Abdullahı səsboğucu tapança ilə qətlə yetirib.

Eyni zamanda silahlı hücum zamanı Abdullahın qızı, “Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin dul arvadı Miriam da öldürülüb.

Nəşrin mənbələrinə görə, Abdullah 2003-cü ildən bəri İranda və 2015-ci ildən isə bu ölkənin paytaxtında yaşayırdı. Yerli media onu Livandan gələn tarix professoru Həbib Daud kimi tanıtsa da, Federal Təhqiqatlar Bürosu onu axtarışda olan ən təhlükəli terrorçular siyahısına salıb.

Qeyd edək ki, ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərindəki terror hücumları 1998-ci ildə baş verib. Nəticədə 12 Amerika vətəndaşı da daxil olmaqla 224 nəfər ölüb.

Related Articles

Bir cavab yazın

Back to top button