
Bu barədə yüksək rütbəli İsrail rəsmisi CNN-ə deyib.
“Biz prezidentin qərarını gözləyirik.” – deyə açıqlamada bildirilib.
Qeyd edək ki, Amerika və İsrail rəsmiləri İsrailin İrandakı hərbi əməliyyatlarının gedişi və Amerikanın iştirakının mümkünlüyü ilə bağlı tez-tez əlaqə saxlayırlar.
Lakin iki İsrail rəsmisi bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu Trampı Amerikanın dağın altında yerləşən İranın nüvə obyekti olan Fordoya zərbə endirməsinə icazə verməsini açıq şəkildə tələb etmir.