İran

İsrail casusu İranın vəzifəli mollalarını necə tələyə saldığını açıqlayıb

O, İranda 100-dən çox vəzifəli mollanı tələyə saldığını deyib.

İsrailli casus xanım Katrin Peres Şəkdəm iranlı rəsmiləri cinsi əlaqə və müvəqqəti evlilik adlanan “siğə” vasitəsilə tora salmasının detallarını açıqlayıb.

O, “Times of İsrael” agentliyində dərc edilən yazısında təkcə bu üsullarla 100 iranlı rəsmidən məlumat topladığını deyib.

Şəkdəmin sözlərinə görə, seksual münasibətlər və ya “siğə” adlanan müvəqqəti evliliklərlə əlaqə qura bildiyi rəsmilərin böyük əksəriyyətini İran İslam Cümhuriyyətində yüksək postlar tutan ruhanilər təşkil edib.

O əlavə edib ki, dini hökmləri öyrənmək bəhanəsi ilə həmin ruhanilərlə təmas qurub onların yanına gedirmiş. İlk görüşdə ruhanilərə “siğə” bağlamaq təklif edirmiş və onlar da bunu qəbul edib bu üsulla xanım Şəkdəmlə cinsi münasibətlər qururmuşlar.

“Müvəqqəti evlilik (siğə) baş tutandan və onların etimadını qazandıqdan sonra aramızda müxtəlif məsələlər ətrafında söhbət etmək və həmin ruhanilərdən sual soruşmağım üçün əlverişli şərait yaranırdı. İran rəsmiləri heç bir sərhəd gözləmədən mənə məxfi məlumatları danışırdılar”, – deyə casus xanım vurğulayıb.

Katrin Peres Şəkdəm Fransa yəhudisidir. O, islamın şiə məzhəbini qəbul edərək yəmənli kişi ilə evlənib və bundan sonra İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla əksər rəsmiləri ilə görüşməyə müvəffəq olub.

Katrin Prez Şəkdəm, uzun müddət Əli Xameneinin rəsmi saytının ingilis dilli şöbəsində fəaliyyət göstərməklə yanaşı, İran hökuməti və Sepaha bağlı mətbuatında İranın dini ideologiyasını müdafiə edən yazılar yazmaqla etibar qazanıb. İranı tərk etdikdən sonra isə o, yazılarında Əli Xameneinin ofisinə sızmağa qədər gedib çıxan casusluq fəaliyyəti haqqında təcrübələrini bölüşür.

Qeyd edək ki, bundan öncə İranın keçmiş prezidenti Mahmud Əhmədinejad İsrail agentlərinin SEPAH  və ETTELAAT Nazirliyinə, stratejik mərkəzlərə nüfuz etdiyi və ölkə kəşfiyyatının bunun qarşısında aciz qaldığı barədə açıqlama vermişdi.

Related Articles

Bir cavab yazın

Back to top button