Dünya

İsrail Dəməşqin güneyindəki mövqelərə raket hücumu edib

İsrail Dəməşqin güneyindəki bir sıra mövqeləri raket atəşinə tutub. Suriya ordusunun açıqlamasına görə, hücum Coulan təpələrindən həyata keçirilib. İsrailin bir sıra xəbər ajansları, o cümlədən “Jerusalem Post” qəzeti ötən axşam baş tutan hücumda İrana bağlı mövqelərin hədəf alındığını yazıb. Qəzetin məlumatına görə, bu hücum Oman dənizində İsrail gəmisinə edilən hücuma cavab olub. Bildirək ki, iki gün öncə İsrailin Difa vəziri Beni Qantz hər həftə İranın nizami fəaliyyətinə mane olmaq üçün Suriyada bir sıra əməliyyatlar keçirdiklərini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button