İran

Bostanabadda koronavirusun “Britaniya ştammı”na yoluxma sayı artıb

Bostanabadda koronavirusun yüksəlişə uğramış yeni növünə yoluxma sayı artıb. Məsələ ilə bağlı Bostanabad Sağlıq və Müalicə Şəbəkəsinin başçısı Ramək Zəvvar Kəbə açıqlama verib. Bildirilib ki, vilayətdə koronavirusun “Britaniya növü”nə yoluxma sayı sürətlə artır. Belə ki, ötən gün mərizliyin yeni növünə yoluxanların sayı 3 nəfərə yüksəlib. Virusa yoluxmuş şəxslərlə birbaşa təmasda olmuş 60 şəxsdən isə test nümunələri götürülüb.
Qurum rəsmisinin sözlərinə görə, ümumilikdə 8 074 koronavirus testi həyata keçirilib. Virusa yoluxanların sayı 1688, ölənlərin sayı isə 79 nəfər təşkil edir. Hazırda Ustad Şəhriyar adına Mərizxanada müalicə alanlardan 12 nəfərin durumu ağırdır.

Related Articles

Bir cavab yazın

Back to top button