İran

İsrail: İbrahim Rəisinin onlayn çıxışı “yalan və bədbinliklə dolu” idi

İsrail Xarici İşlər vəzirliyi çərşənbə axşamı günü İbrahim Rəisinin BMT Baş Məclisindəki onlayn çıxışına təpki verərək deyib ki, İran hökuməti “Yaxın Şərqdə sülh üçün açıq-aşkar və təcili təhdiddir”.

İsrail Xarici İşlər vəzirliyindən verilən açıqlamada deyilir ki, (İbrahim) Rəisinin başçılıq etdiyi İrandakı yeni dövlət və vəzirlərinin bir çoxu 40 ildən artıqdır İran vətəndaşlarına zərər verən, terrorizmi təşviq edən və maliyyələşdirən və bütün Yaxın Şərqdə sabitliyi pozan ifratçı şəxslərdir.

Vəzirlik, (İbrahim) Rəisinin yalan və bədbinliklə dolu çıxışı ilə uluslararası birliyi aldatmağa davam etdiyini bildirib. Uluslararası birlik İran hökumətini qınamalı və bu ifratçıların atom imkanları əldə etməsinin qarşısını almalıdır.

İran prezidenti İbrahim Rəisi BMT Baş Məclisinin 76-cı toplantısındakı çıxışında deyib ki, İran Amerikaya güvənmir.

Eyni vaxtda, Nyu-Yorkda keçirilən BMT Baş Məclisində Amerika prezidenti Co Bayden bildirib ki, Amerika İranın atom silahı əldə etməsinin qarşısını almaq öhdiliyinə bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button