Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

İsrail ilə HƏMAS arasında üçüncü əsir mübadiləsi baş tutub – Yəhya Sinvar detalı diqqət çəkib

HƏMAS və İsrail arasında əldə olunan atəşkəs razılaşması əsasında üçüncü məhbus mübadiləsi baş tutub.

“AZNEWSTV” xəbər verir ki, bu barədə HƏMAS 3 məhbusu Qəzzada Qırmızı Xaç rəsmilərinə təhvil verib.

İsrailin də bu gün həbsdə olan 110 fələstinlini azad edəcəyi gözlənilir.

Digər tərəfdən, israilli məhbusların Qırmızı Xaç rəsmilərinə təhvil verildiyi yer diqqətdən yayınmayıb. Belə ki, sözügedən mübadilə HƏMAS-ın İsrail tərəfindən öldürülən rəhbəri Yəhya Sinvarın evinin önündə baş tutub.

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının üzvləri də bölgəyə gələrək məhbus mübadiləsində iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button