İran

İsrail: İran bu tarixdə atom bombası əldə edə bilər

İsrailin Difa Vəziri Beni Qantz İranın 10 həftə içində atom silahı əldə edə biləcəyini açıqlayıb.

O, bunu Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının üzvü olan ölkələrin diplomatları ilə görüşdə deyib.

Qantzın sözlərinə görə, İran atom razılaşmasında nəzərdə tutulmuş bütün şərtləri pozub və ona atom silahı əldə edilməsində gərəkən maddələri əldə etmək üçün 10 həftə zaman lazımdır.

Bildirək ki, son günlərdə bir çox İsrail məqamı Qərb ölkələrini uyararaq, İranın Viyəndə aparılan atom danışıqlarını dayandırmaqla, atom silahı əldə etmək üçün vaxt qazanmağa çalışdığını bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button