Dünyaİran

İsrail: “İran Yunanıstanda qarşısı alınmış terror aktına görə məsuliyyət daşıyır”

Yunanıstanda qarşısı alınmış terror aktına görə İran məsuliyyət daşıyır.

Bu barədə İsrailin baş naziri Benyamin Neteniyahunun ofisinin yaydığı bəyanatda deyilir.

Yunanıstan mediası ölkənin təhlükəsizlik qüvvələrinin Afinada yəhudi restoranı və sinaqoq da daxil olmaqla yəhudi və İsrail obyektlərinə hücum etməyi planlaşdıran ən azı iki şübhəlini həbs etdiyini bildirib.

Məlumatda saxlanılanların İranda doğulan Pakistan vətəndaşları olduğu, onlardan bir neçə avtomat silah və partlayıcı qaz balonları aşkar edildiyi bildirilir.

Həbs edilən iki şübhəli ilə yanaşı, Pakistan vətəndaşı olan və İranda yaşayan üçüncü şəxsin həbs olunmazdan əvvəl Yunanıstandan qaçmağa nail olduğu qeyd edilib.

İsrail mediası bu şəxslərin təxminən 4 ay əvvəl Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana getdiyini bildirir.

İsrailin baş nazirinin ofisinin bəyanatına görə, araşdırma zamanı Yunanıstanda aşkar edilən terror qrupu İran daxilindən idarə olunan və müxtəlif ölkələrdə fəaliyyət göstərən böyük terror şəbəkəsinin bir hissəsi olduğu müəyyən edilib.

Yunanistan polisi də saxlanılan terrorçuların İrandan göstəriş aldıqları barədə məlumatları təsdiq edib.

Related Articles

Bir cavab yazın

Back to top button