İran

İsrail: İranın 4 döyüş gəmisi Qırmızı dənizdə patrul xidməti aparır

İsrail müdafiə naziri Beni Qants tvit paylaşımında deyib: "Peyk görüntüləri əsasında İranın 4 döyüş gəmisinin Qırmızı dənizdə patrul xidməti apardığını üzə çıxardım".

“İran son 10 ildə hər zamankindən daha çox mövcudluğu ilə Qırmızı dənizdə sistemli şəkildə möhkəmlənir. İranın Qırmızı dənizdə bu qədər geniş varlığı qlobal ticarət, enerji mənbələrini və təhlükəsizliyi riskə atır”, – Qants vurğulayıb.

“Bir həftə əvvəl İranın peyk buraxılışını sınaqdan keçirməsi haqqında danışmışdım. Bu, Aralıq dənizinin şərqinə çata bilən ballistik sistemlər və dronlarla yanaşı, İranın mərkəzi Avropaya çata biləcək qitələrarası ballistik raketləri inkişaf etdirmə bacarığının olduğunu deməyə əsas verir”, – deyə İsrail rəsmisi fikrini tamamlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button