Dünyaİran

İranla məhbus mübadiləsi anlaşması Belçika parlamentində qəbul olundu

Belçika parlamentinin Xarici Əlaqələr Komissiyası iyulun 6-da İranla qalmaqallı məhbus mübadiləsi layihəsini qəbul edib.

Belçika hökumətinin parlamentə göndərdiyi bu razılaşma layihəsi bir sıra etirazlara da səbəb olub.

Parlamentin Xarici Əlaqələr Komitəsində sənədə baxılarkən Belçikanın ədliyyə naziri İranla məhbusların mübadiləsi ilə bağlı parlament üzvlərinin monitorinqinin yollarını araşdıracağına söz verib.

Anlaşmaya qarşı çıxanların fikrincə, bu layihənin əsas məqsədi İranın terrorist diplomatı Əsədullah Əsədinin İrana qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, Əsədullah Əsədi ötən il terror fəaliyyətlərində günahlandırılaraq 20 il müddətinə həbsə məhkum edilib. O, İran hökumətinə müxalif Xalq Mücahidləri Təşkilatının iclasına bomba qoymağa çalışarkən həbs olunub.

Related Articles

Bir cavab yazın

Back to top button