Azərbaycan

Türkiyənin Sivas Universitetində azərbaycanlı şəhid övladları ödənişsiz oxuyacaqlar

Qardaş Türkiyə ictimaiyyətindən Azərbaycana daha bir dəstək addımı atılıb. Sivas Cumhuriyyət Universiteti Qarabağda şəhid olanların övladlarının universitetdə ödənişsiz təhsil almalarına şərait yaradılması ilə bağlı qərar qəbul edib.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə universitetin rektoru, professor Alim Yıldız bildirib. Rektor deyib ki, hazırda bu məsələ ilə bağlı işlər görülür: “Azərbaycan bizə qardaşdır, qardaşlarımızın övladlarına sahib çıxmaq istəyirik”.

 

A.Yıldız əlavə edib ki, Azərbaycandakı universitetlərlə əməkdaşlıq edirlər: “Şəhid övladları hamımızın balasıdır. Dualarımız hazırda döyüşdə olan Azərbaycan əsgərləri ilədir”. Universitetin bu qərarı Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən yüksək qiymətləndirilib. Birliyin sədri Hüseyn Böyük Fırat bildirib ki, Azərbaycana könüldən bağlıdırlar: “Şəhid övlardları bilsinlər ki, ataları canlarını Vətən uğrunda fəda ediblər. Tək özləri üçün deyil, hər birimiz üçün vuruşublar. Ona görə də şəhid övladları hər birimizin övladıdır”.

 

Related Articles

Bir cavab yazın

Back to top button