bu məlumatı “Azadlıq, Ədalət, Milli Hökumət” Mitinqi Koordinasiya Mərkəzi açıqlayıb.
Açıqlamada qeyd olunur ki, birinci Brüssel mitinqində böyük nailiyyət əldə edərək, irqçi və istismarçı İran İslam rejiminə qarşı milli mübarizə tarixində yeni səhifə açıb.
“Yalnız İrandakı qanlı diktatorluğun millətimizə qarşı hər cür zülm və basqıları davam edərkən, inanırıq ki, daha möhtəşəm keçəcək Berlin mitinqi ilə millətimizin haqq tələblərini daha yüksək səslə dünyaya çatdırmış olacağıq”, -təşkilatçılar bildirirlər.
Açıqlamada daha sonra mitinq haqqında məlumatlar verilir:
Zaman: 20 May 2023-cü il, şənbə günü saat 14:00-da. Başlanğıc toplanma yeri: Unter Der Linden – Staatsbibliothek;
Hərəkət istiqaməti və mitinq yeri: Pariser Platez – Brandenburger Tor. Mitinq 14:45-dən 16:45-dək Brandenburger Tor önündə davam edəcək.
“Avropada yaşayan bütün Güney Azərbaycan, Qaşqayi, Xorasan və Türkmən Səhra türklərini, Quzey Azərbaycanlı və Türkiyəli bacı-qardaşlarımızı, eləcə də İran rejiminin zülmünə məruz qalan bütün millətlərin fərdlərini bu mitinqdə iştirak etməyə dəvət edirik”, -təşkilatçıların çağırışında deyilir.(AzPolitika.info)