XİN rəhbəri İranın İsrailə zərbə endirəcəyi təqdirdə, müttəfiqlərdən Tehrana hücum etməkdə dəstək gözlədiyini deyib.
”İran hücum edərsə, koalisiyanın təkcə müdafiədə deyil, həm də İrandakı əhəmiyyətli hədəflərə hücumda İsrailə qoşulmasını gözləyirik”, – diplomat qeyd edib.
Katz İsraildə səfərdə olan baş diplomatlara ölkəsinin girovların azad edilməsi ilə bağlı razılaşmaya hazır olduğunu, lakin HAMAS-ın danışıqlar zamanı İranın hücumu ərəfəsində tələblərini sərtləşdirə biləcəyini vurğulayıb.