Dünya

İsrail: İraq ilə birgə Ərəb ölkələri İranın bölgəsəl hərəkətləri qarşısında bizim “dostumuzdur”

“İran atom silahı əldə etmək istəyinə çatarsa, bizim bildiyimiz bölgə artıq var olmayacaq”, bunu İsrailin milli əmniyət müşaviri Eyal Hulata noyabrın 21-də Bəhreyndə baş tutan “Mənamə danışığı” toplantısında çıxışı zamanı deyib.

o habelə qeyd edib ki, İranın atom silahı əldə edəcəyi halda dünya misli görünməmiş təhlükələrlə üzləşəcək.

Hulata artırıb: “İranın bütün bölgədə şər fəaliyyəti haqda danışmışıq. Təsəvvür edin ki, İranın atom silahı olarsa, o zaman nə qədər daha təhlükəli və cəsarətli olardı”.

“Azad dünya indiyə qədər görünməmiş böyük təhlükələrlə üzləşəcək. Yeni silahlanma yarışı baş verəcək və atom silahlarının yayılması qadağası ilə bağlı sistem çökəcək”, – deyə İsrailin milli əmniyət müşaviri vurğulayıb.

O, habelə qeyd edib ki, İranın atom silahına doğru addımı yalnız güclü müqavimətlə üzləşdiyi vaxt dayandırılımışdı. Buna görə də o, “Mənamə danışığı” toplantısına qatılan dövlətlərdən “İranı atom silahı əldə etməyə qoymayacağıq” mahiyyətli birgə mesaj verməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button