Dünyaİran

İsrail: “İsrailin Azərbaycandakı səfirliyinə hücumun arxasında İran dayanıb”

İsrailin xarici işlər naziri Eli Kohen İsrailin Azərbaycandakı səfirliyinə hücumun qarşısının alınmasına reaksiyasında, bu hücumun arxasında İranın dayandığını bildirib.

Kohen bu barədə Serbiyaya səfəri zamanı verdiyi açıqlamada deyib.

“Son günlərdə İsrailin Bakıdakı səfirliyinə qarşı uğursuz hücum, eləcə də son aylarda Kipr və Yunanıstanda İsrail və yəhudi mərkəzlərinə qarşı oxşar terror cəhdləri İran terrorizminin qlobal təhlükə olduğunu göstərir və buna qarşı birgə mübarizə aparmalıyıq”,- o bildirib.

İyulun 10-da Azərbaycan Respublikası və İsrail KİV-ləri Azərbaycanın təhlükəsizlik təşkilatına istinadən İsrailin Bakıdakı səfirliyinə terror hücumu planının qarşısının alınması barədə məlumat yayıb.

Məlumatlarda səfirliyin adı çəkilməsə də, İsrail mətbuatı dərc olunan məlumatlara əsaslanaraq bu terror aktının hədəfində İsrailin Bakıdakı səfirliyinin olduğunu bildirib.

Məlumat və videolar əsasında həbs edilən şübhəli Bakıda, İsrail səfirliyinin yaxınlığında yerləşən “Həyat” hotelini nəzarətdə saxlayırmış.

Bu çərçivədə 23 yaşlı Fozan Musa Xan adlı Əfqanıstan vətəndaşı həbs edilib. Fozan başqa şəxslərlə əməkdaşlıq edərək İsrailin Bakıdakı səfirliyindən məlumat toplayıb.

İsrail televiziyasının 11-ci kanalı ölkənin kəşfiyyat orqanlarının bu hücumun qarşısını almaq üçün azərbaycanlı həmkarları ilə əməkdaşlıq etdiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button