BölgəCəmiyyətİranSiyasət

İsrail naziri: ABŞ-ın İrana qarşı sanksiyaları bütün gücü ilə davam edəcək

İsrailin maliyyə naziri Moşe Kahlon ABŞ Maliyyə Nazirliyinin yüksəkvəzifəli nümayəndəsinin ölkəsinin İrana qarşı qarşı sanksiyaları bütün gücü ilə davam etdirəcəyini bildirdiyini deyib.

“Hal-hazırda ABŞ maliyyə nazirinin müavini Siqal Mandelkerlə əla iş görüşü keçirdim. O, məni sevindirdi ki, KİV-lərdən gəzən məlumatların əksi olaraq ABŞ-ın İrana qarşı sanksiya məsələsində heç bir dəyişiklik yoxdur və bu bütün güclə davam edəcək”, – deyə nazir öz Twitter hesabında yazıb.

Aznews.tv xəbər verir ki, daha əvvəl Donald Trampın İran prezidenti Həsən Ruhanini görüşə cəlb etmək üçün sanksiyaların yumşaldılması haqda düşündüyü deyilirdi.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button