Dünya

İsrail ordusu “Hizbullah”ın Livandakı hərbi infrastrukturuna hücum edib

İsrail ordusu "Hizbullah"ın Livan ərazisindəki hərbi infrastrukturuna hücum edib. Bu barədə İsrail Müdafiə Ordusundan bildirilib.

Qeyd olunub ki, Livan ərazisindən İsarilin mövqeləri atəşə tutulub. Buna cavab olaraq Livandakı hərbi mövqelər vurulub.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.

Related Articles

Bir cavab yazın

Back to top button