Dünya

İsrail Prezidenti ilk dəfə BƏƏ-yə səfər edib

İsrail Prezidenti İshak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ilk rəsmi səfərə yola düşüb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə onun ofisi məlumat yayıb.

“Prezident Hersoq tarixdə ilk dəfə BƏƏ-nin rəhbəri və Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə bu səhər Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. Prezident Əbu-Dabi və Dubaya gedəcək və Əbu-Dabinin Vəliəhdi, BƏƏ-nin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyan, BƏƏ-nin vitse-prezidenti, Baş Naziri və Dubay Əmiri Məhəmməd bin Rəşid Əl Məktum ilə rəsmi görüşlər keçirəcək”, – bəyanatda deyilir.

Related Articles

Bir cavab yazın

Back to top button