Dünya

İsrail qırıcıları Hələbdə İrana məxsus hədəfləri məhv edib

İsrail döyüş təyyarələri Suriyanın Hələb şəhərinə zərbələr endirib.

Bu barədə Suriyanın rəsmi dövlər agentliyi SANA məlumat yayıb.

Məlumata görə, İsrail ordusunun hava hücumları nəticəsində Hələb şəhərinin hava limanının fəaliyyəti iflic olub.

Başqa hava limanında isə dağıntılar meydana gəlib.

İsrail qırıcılarının Hələbdə Neyrab hava limanına endirdiyi zərbələr nəticəsində İrana məxsus hədəflər də məhv edilib.

Bir hərbçinin öldüyü və 7 hərbçinin yaralandığı bildirilir.

Qeyd edək ki, bu aviahücum İran prezidenti İbrahim Rəisinin Suriyaya səfəri öncəsinə təsadüf edir.

Related Articles

Bir cavab yazın

Back to top button