İran

İsrail rəsmisi: “Uranı 60 faizdən yuxarı zənginləşdirsə, İrana zərbələr endirəcəyik”

“Tehran uranı 60 faizdən yuxarı zənginləşdirsə, İsrail İrana zərbələr endirəcək”. Bu barədə “Axios” portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İsrail Tehranın bu cür hərəkətlərinin Təl-Əvivi hərbi güc tətbiq etməyə təhrik edə biləcəyi barədə ABŞ və bir sıra Avropa ölkələrini xəbərdar edib.

“Axios”un digər rəsmiyə istinadən verdiyi məlumata görə, İran bu məsələdə İsrailin mövqeyindən xəbərdardır.

Related Articles

Bir cavab yazın

Back to top button