Dünyaİran

İsrail səfiri İrana münasibətini bildirib

İsrailin Bakıdakı səfiri: İran rejimi Yaxın Şərqdə sülhün və tolerantlığın qarşısını alır

İsrailin Azərbaycandakı səfiri Corc Dik paylaşdığı videoda İslam Cumhuriyyəti rejiminin insan haqlarını geniş pozduğuna görə İran milləti ilə həmrəy olduqlarını elan edərək deyib ki, İsrailla İran millətinin arzusu bölgədə sülh olduğun və dinc bir Yaxın Şərq yaratmaqdır, ancaq Tehranın “terorçu rejimi” bu istəyin qarşısını alır.

İranın İsraili məhv etməklə təhdid edən tək ölkə olduğuna diqqət çəkən Corc Dik deyib ki, hər dəfə İran sınırlarına yaxınlaşanda hər cür basqı və zülm altında olan İran millətinin ağrısını hiss edir.

İsrailin Bakıdakı səfiri artırıb: “Uzun illərdir iztirab çəkən İran milləti nəhayət azad olduqda, İsrail bütün dünya ilə birlikdə onun azadlığına və yeni ümidlərinə sevinəcək”.

Related Articles

Bir cavab yazın

Back to top button