İran

İsrail: SEPAH minlərlə insanı qətlə yetirmiş terror təşkilatıdır

İsrailin baş naziri Naftali Bennet və ölkənin xarici işlər naziri Yair Lapid birgə brifinq keçiriblər.  

“Aznews tv” xəbər verir ki, onlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)-la bağlı birgə bəyanat veriblər. Bəyanatda SEPAH-ın amerikalılar da daxil olmaqla minlərlə insanı qətlə yetirmiş terror təşkilatı olduğunu vurğulanır.

Onlar ABŞ-ın bu təşkilatı terrorçu qruplar siyahısından çıxaracağına inanmağın çətin olduğunu bildiriblər.

Bəyanatda qeyd olunur: “SEPAH Livanda “Hizbullah”, Qəzzada “İslami Cihad”, Yəməndə Husilər və İraqda yaraqlı dəstələrdir. İnqilab Keşikçiləri Korpusu keçən il də daxil olmaqla, Yaxın Şərqdə ABŞ-ın mülki vətəndaşlarına və əsgərlərinə qarşı hücumlara görə məsuliyyət daşıyırlar. Onlar habelə ABŞ hökumətinin yüksək vəzifəli şəxslərinə sui-qəsd planına görə məsuliyyət daşıyırlar”.

Related Articles

Bir cavab yazın

Back to top button